XİN: Şuşadakı “andiçmə” şousu Ermənistanın işğalçılıq siyasətinin bariz nümayişidir
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı Ermənistanın təşkil etdiyi qeyri-qanuni “seçkilər” və qondarma “andiçmə” şousu Ermənistanın ilhaqçı siyasətinin növbəti bariz nümayişidir.
YeniAvropa xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında yer alıb.
Açıqlamada deyilir: “Azərbaycan Respublikasının Konstitusiyası, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə ziddiyyət təşkil edən və müvafiq olaraq, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə rədd edilən qondarma “seçkilərin” nəticələrinin hər hansı bir hüquqi qüvvəsi yoxdur və ola da bilməz. Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş separatçı rejim təcavüzkar Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni güc tətbiqi, ərazilərinin beşdəbirinin işğalı, qanlı etnik təmizləmə və yüz minlərlə məcburi köçkünün fundamental hüquqlarının pozulmasının nəticəsidir.
Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində “andiçmə” adı altında təşkil edilən bu təxribatda təcavüzkar Ermənistanın baş nazirinin iştirakı, özünü “demokrat” kimi təqdim edən birinin demokratiya anlayışına qara ləkə sürməsindən başqa bir şey deyildir.
Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalının davam etdiyi və Dağlıq Qarabağın azərbaycanlı əhalisinin zor gücünə didərgin salınaraq seçki hüquqlarından məhrum edildiyi bir şəraitdə hər hansı “seçki” və ya “andiçmədən” danışmaq hüquqa zidd olduğu qədər, heç bir sağlam məntiqə sığmır və beləliklə də hamılıqla pislənir və rədd edilir.
Müharibə hələ bitməyib və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını bütün mümkün vasitələrlə təmin etmək hüququna malikdir. Ermənistan rəhbərliyinin bu kimi təxribatçı fəaliyyəti münaqişənin sülh yolu ilə həlli cəhdlərini demək olar ki, heçə endirməklə, bölgədə gələcək hərbi qarşıdurmanın və gərginliyin artmasına xidmət edir. Heç kəs şübhə etməsin ki, işğal olunmuş ərazilərimiz işğaldan azad olunacaq, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və məcburi köçkünlərin fundamental hüquqları təmin ediləcək”.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib