logo

“AtaBank” və “AmrahBank” kreditorlarının nəzərinə

10:33 20-05-2020 | icon 2590
“AtaBank” və “AmrahBank” kreditorlarının nəzərinə

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin kreditorlarına müraciət edib.

ADIF-dən YeniAvropa-ya bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli qərarı ilə “Ata Bank” ASC və “Amrah Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Ata Bank” ASC-nin və “Amrah Bank” ASC-nin ləğvedicisi təyin olunub.

Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “Ata Bank” ASC-nin və “Amrah Bank” ASC-nin kreditorlardan iyulun 1-dək kreditor tələbinin qeydiyyata alınması üçün qeyd edilən ünvana müraciət etmələri xahiş olunur:

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Ata Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00; “qaynar xətt” – 136.

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrah Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.

Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapital Bank” ASC vasitəsilə ödənilməsi barədə məlumat verilib. Kompensasiyaların ödənişi ilə bağlı “Kapital Bank” ASC-nin müvafiq filialları barədə əlavə məlumat veriləcək.