logo

Ötən il 9 hakim işdən çıxarılıb,48-i isə intizam məsuliyyətinə cəlb edilib

21:37 19-05-2020 | icon 1988
Ötən il 9 hakim işdən çıxarılıb,48-i isə intizam məsuliyyətinə cəlb edilib

Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə mayın 19-da keçirilən, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan videokonfrans formatında müşavirədə bildirilib. Konfransda Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev, Ali Məhkəmənin sədr müavini, Ali və Apellyasiya məhkəmələrinin kollegiya sədrləri, bütün apellyasiya, regional və digər birinci instansiya məhkəmələrinin sədrləri iştirak ediblər.

Konfransda həmçinin bildirilib ki, ötən il 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub. Son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirilb, 7-nin isə səlahiyyətlərinin uzadılmayaraq xitam edilib.