logo

Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun  iclasında iştirak edib

20:45 19-05-2020 | icon 2520
Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun  iclasında iştirak edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun ikinci iclasında iştirak edib. Videokonfrans formatında keçirilən iclasa, həmçinin Forumun prezidenti Borge Brende, həmçinin 30-dan çox ölkədən yüksəksəviyyəli şəxslər qatılıblar.

İqtisadiyyat Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, Regional Fəaliyyət Qrupunun məqsədi Dördüncü sənaye inqilabı, eləcə də dəyişən siyasi və iqtisadi mühitdə Avrasiya regionunun inkişafının istiqamətləndirilməsinə dəstəyin verilməsidir.

İclasda karantin rejimindən çıxış strategiyaları üzrə koordinasiyanın vacibliyi, postpandemiya dövrünə hazırlıq, təchizat zəncirinin dayanıqlılığının artırılması, “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun birinci iclası aprelin 30-da keçirilib.