logo

Ramazan bayramında Türkiyədə komendant saatı elan ediləcək

21:32 18-05-2020 | icon 2401
Ramazan bayramında Türkiyədə komendant saatı elan ediləcək

"Hazırda Türkiyədə pandemiya ilə mübarizə üzrə yeni fəaliyyət planı hazırlanıb. Bu plana əsasən mayın 23-dən 26-dək bütün Türkiyə ərazisində növbəti dəfə komendant saatı elan ediləcək". 

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə mayın 18-də Türkiyə hökumətinin koronavirus pandemiyası ilə əlaqədar növbəti toplantısından sonra  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat üçün açıqlamasında məlumat verib. Bildirib ki, yoluxanların sayının azalması ilə bağlı gələcək aylarda yumşaltma tədbirlərinin genişləndirilməsi planlaşdırılır.

"Ölkənin 15 şəhərində tətbiq edilən giriş-çıxış qadağası isə 15 gün müddətinə uzadılıb. Mayın 29-dan etibarən məscidlər mərhələli şəkildə ibadətə açılacaq. Tədris-təhsil ili isə bu il tamamilə başa çatır və yeni dərs ilinin başlaması sentyabra nəzərdə tutulur. Ölkədə istehsal və ixracat sahələrinin fəaliyyətə keçməsi üçün iyundan etibarən hazırlıqlara başlanılacaq",- Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Türkiyə prezidenti bildirib ki, İstanbulda inşa edilən “Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası” mayın 21-də Yaponiyanın baş naziri Şinzo Abenin iştirakı ilə açılacaq. Qeyd edilib ki, 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə Türkiyə saatı ilə 19:19-da ölkənin bütün stadionlarında İstiqlal Marşı səsləndiriləcək.