logo

Yaşı 8-dən yuxarı uşaqlar da I sinfə qəbul oluna bilərlər

19:13 18-05-2020 | icon 3542
Yaşı 8-dən yuxarı uşaqlar da I sinfə qəbul oluna bilərlər

Yaşı 8-dən yuxarı uşaqlar da I sinfə qəbul oluna bilərlər.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.Qeyd edilib ki, yaşı 8-dən yuxarı uşaqlar təhsil nazirinin 2014-cü il 29 may tarixli əmri ilə təsdiq edilən “Fərdi təhsilin təşkili haqqında qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

2020-2021-ci dərs ili üçün yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az  saytında qeydiyyatdan keçdikdən sonra iyunun 1-dən etibarən həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarında yaradılan müvafiq komissiyaya müraciət etməlidir.

Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.