logo

Çimərliklərin açılması ilə bağlı yeni qaydalar hazırlanır

17:59 18-05-2020 | icon 2002
Çimərliklərin açılması ilə bağlı yeni qaydalar hazırlanır

Paytaxtdakı çimərliklərdən istifadə edilməsi ilə bağlı komissiya yaradılıb və yeni qaydalar hazırlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahda bu gün keçirilən mətbuat konfransında  məlumat verib. 

Eldar Əzizov hər yerdə sosial məsafə saxlamağın vacibliyini qeyd edib. Bildirib ki, bununla bağlı bəzi elektron sistemlərdən istifadə olunacaq: " Vətəndaş evdən çıxmamışdan əvvəl yer sifariş edə bilər. Müvafiq proqram hazırlanır. Yaxın günlərdə bu barədə ictimaiyyətə məlumat veriləcək".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə əlavə edib ki, turizmlə bağlı qaydalar və təlimatlar var. Məsafənin qorunması və digər məlumatlar yazılı şəkildə asılacaq. Konkret şəxslər olacaq ki, qaydalara əməl olunmasına nəzarət edəcəklər. Çimərliklərin özlərinin spesifik qaydaları da ola bilər.