logo

Vətəndaşın 10,5 min manatıını mənimsəyən "JEK" müdiri həbs edildi

17:10 18-05-2020 | icon 1988
Vətəndaşın 10,5 min manatıını mənimsəyən "JEK" müdiri həbs edildi

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalarla Nizami rayon 117 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi İsmayıl Mansurovun qulluq mövqeyindən istifadə edərək səlahiyyəti olmadığı halda vətəndaşın evində əlavə tikilinin inşası ilə bağlı sənədləşməsini rəsmiləşdirmək vədi ilə onu aldadaraq 10 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə bütün qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.