logo

Zeynal Nağdəliyevin şöbəsində 5 əməkdaş işdən çıxarıldı

15:29 18-05-2020 | icon 2261
Zeynal Nağdəliyevin şöbəsində 5 əməkdaş işdən çıxarıldı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5 əməkdaşı işdən çıxarılıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Unikal.org" məlumat yayıb. Bildirilb ki, şöbənin əməkdaşları - Əli Qazıyev, Orxan Məmmədov, Nəsir Muxtarlı, Əbülfət Rufiyev və Kamran adlı şəxs tutduqları vəzifədən azad ediliblər.

Xatırladaq ki, sözügedən şöbənin müdiri prezidentin köməkçisi Zeynal Nağdəliyevdir.

Qeyd edək ki, PA-da Əbülfət Rufiyev İmişli rayonu üzrə “kurator”, Nəsir Muxtarlı isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.