logo

İlham Əliyevlə Moldova prezidenti ilə videokonfrans formatında görüşüb

14:08 18-05-2020 | icon 2163
İlham Əliyevlə Moldova prezidenti ilə videokonfrans formatında görüşüb

Mayın 18-də Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan  prezidenti İlham Əliyevlə Moldova prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı dövlət başçıları koronavirus pandemiyasi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi apardılar, pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılması istiqamətində gələcəkdə görüləcək işlərdən danışıblar.

Prezident İlham Əliyev və prezident İqor Dodon ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edərək siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd ediblər.

Söhbət zamanı dövlət başçıları pandemiya başa çatdıqdan sonrakı dövrdə ölkələrimiz arasındakı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi məsələlərinə toxunaraq bildiriblər ki, ticarət, iqtisadiyyat, nəqliyyat, energetika və digər sahələrdə əlaqələrimizin genişləndirilməsi, eləcə də investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar var. Prezidentlər bu baxımdan postpandemiya dövründə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin iqtisadi əməkdaşlığımızın möhkəmlənməsi işinə töhfə verəcəyini vurğulayıblar.

Dövlət başçıları, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və gələcəkdə biznes forumun keçirilməsi perspektivlərini də müzakirə ediblər. Moldova prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərlə bağlı dəvətini bir daha diqqətə çatdırıb. Prezident İlham Əliyev də öz növbəsində, münasib vaxtda Moldova prezidenti İqor Dodonu Azərbaycana rəsmi səfərə dəvət edib.