logo

“Czech Airlines” bu gündən beynəlxalq aviareysləri bərpa edir

12:57 18-05-2020 | icon 2443
“Czech Airlines” bu gündən beynəlxalq aviareysləri bərpa edir

“Czech Airlines” aviakompaniyası koronavirus pandemiyası səbəbindən dayandırılan bir sıra beynəlxalq reysləri mayın 18-dən bərpa edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə jurnalistlərə milli aviadaşıyıcının rəsmi nümayəndəsi Vladimira Dufkova məlumat verib.

“Mayın 18-dən etibarən Praqanı Paris, Amsterdam və Frankfurt-Mayn şəhərləri ilə birləşdirən müntəzəm uçuşlar bərpa olunur. “Czech Airlines” mayın 21-dən Stokholma, mayın 24-dən Kiyevə, mayın 25-dən isə Odessa və Buxarestə uçuşlara başlayacaq”, - deyə Vladimira Dufkova bildirib.

Onun sözlərinə görə, sərnişinlər və ekipaj üzvləri bütün uçuş müddəti ərzində tibbi maskada olmalı, eniş vaxtı və təyyarəni tərk edən zaman iki metrlik sosial distansiyanı saxlamalıdır.

İlk reyslər zamanı təyyarələr yarıboş uçacaq. Pandemiya səbəbindən ölkələr arasında hərəkətə qoyulan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra aviadaşımalar adı qaydada həyata keçiriləcək.