logo

Sabah Bakıda 20° isti olacaq

14:15 17-05-2020 | icon 2079
Sabah Bakıda 20° isti olacaq

Azərbaycanda mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12°, gündüz 18-20° isti, Bakıda gecə 9-11°, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 768 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək, nisbi rütubət 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 23-28° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacağı ehtimal edilir.