logo

Ərdoğan Çanaqqala dünyanın ən uzun körpüsünü tikdirir

23:55 16-05-2020 | icon 2576
Ərdoğan Çanaqqala dünyanın ən uzun körpüsünü tikdirir

Çanaqqala boğazında körpü inşası əsrlərin xəyalı idi. Ölkəmizin xəyalını gerçəkləşdirmək, çox şükür ki, bizə nəsib oldu.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu "1915 Çanaqqala" körpüsünün təməlqoyma mərasiminə videokonfransla qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, bu, dünyanın ən uzun körpüsü adına layiqdir və İstanbul boğazını bəzəyəcək:

“Körpünün uzunluğu 2 023 metrdir. Bərə ilə 1,5 saat sürən boğaziçi səyahət körpü ilə 6 dəqiqə ərzində tamamlanacaq”,-deyə Ərdoğan vurğulayıb.