logo

Gürcüstan beynəlxalq aviareyslərə qadağanı iyunun 30-dək uzatdı

22:41 16-05-2020 | icon 2422
Gürcüstan beynəlxalq aviareyslərə qadağanı iyunun 30-dək uzatdı

Gürcüstanda beynəlxalq aviareyslərə tətbiq edilən məhdudiyyətlərin müddəti daha bir ay uzadılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Bildirilir ki, COVID-19 pandemiyası ilə əlaqədar beynəlxalq müntəzəm uçuşlara mayın 22-dək məhdudiyyət qoyulmuşdu. Lakin təhlükənin dünyada hələ də davam etməsi səbəbindən tətbiq olunan qadağaların müddəti iyunun 30-dək uzadılıb.

Gürcüstana müntəzəm uçuşlar həyata keçirən bütün aviaşirkətlərə bu barədə məlumat verilib. Bildirilir ki, məhdudiyyətlər yükdaşımalara şamil olunmur.