“The Times-Azerbaijan” şirkətinin direktoru həbs edildi
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda ittiham edilən "The Times-Azerbaijan” şirkətinin direktoru Ceyhun Hacıyevi saxlayıblar.
YeniAvropa xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Şirkət xaricdə təhsil, xüsusən vətəndaşlara Türkiyə universitetlərində təhsil almağa kömək üzrə ixtisaslaşıb. Şirvandan olan C.Hacıyev müştəriləri aldatmaqda və pul vəsaitlərini mənimsəməkdə ittiham olunur. Bu günə qədər onun barəsində başlanmış cinayət işində iki epizod var. C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri üzrə ittiham irəli sürülüb.
Yeri gəlmişkən, "The Times-Azerbaijan”ın ofisi tanınmış "Study in Turkey Azerbaijan” şirkətinin yerləşdiyi binada - "Azure Park” ticarət mərkəzindədir.
"Study in Turkey Azerbaijan”ın 32 yaşlı rəhbəri və xaricdə təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev də fevralın 14-dən həbsdədir və eyni maddələr üzrə ittiham olunur. F.Hacıyevin işində 10-dan artıq epizod var. Bunlar Kanadada işə düzəlmək, həmçinin Türkiyə və Ukraynada təhsil almaqla bağlıdır. Göstərilən hallar üzrə saxtakarlıq nəticəsində dəymiş zərərin miqdarı 300 min manatdan çoxdur.
Qeyd edək ki, C.Hacıyev və F.Hacıyev yaxın dostdur.Hazırda istintaq tərəfindən tutulan C.Hacıyevin digər oxşar cinayətlərdə iştirakının müəyyənləşdirilməsi üçün yoxlama aparılır.
C.Hacıyev tərəfindən aldadılmanın qurbanı olan vətəndaşlar Xətai RPİ-yə müraciət edə bilərlər.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir