“Kürd Elnur” həbs olunub
Sosial şəbəkələrdə “Kürd Elnur” adı ilə cinayətkarlığı təbliğ edən şəxs həbs edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.Qeyd edilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələr saxlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd tapança, 4 ədəd patron, 1 ədəd daraq və 7 qramdan artıq heroin aşkar edilərək götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı E.Abbasovun paytaxtın Suraxanı rayonunda tanışı olan bir nəfərin “BMW” markalı avtomobilini qəsdən dərəyə aşıraraq yararsız hala salması da müəyyən olunub.
Araşdırma zamanı saxlanılan şəxsin cinayətkarlığı təbliğ edən, həmçinin karantin günlərində polis əməkdaşlarına tabesizlik göstərməsini özündə əks etdirən videolar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə yaydığı da məlum olub. E.Abbasovun hazırladığı videolarda gəncləri və yetkinlik yaşına çatmayanları cinayətkarlığa sövq edən motivlərin olduğu da müəyyən edilib. Saxlanılan şəxs istintaqa ifadəsində bütün qanunazidd hərəkətlərindən səmimi peşman olduğunu bildirib.
Qeyd edilən xüsusatlarla bağlı E.Abbasov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayət əməllərini törətməkdə şübhəli bilinən E.Abbasov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilən xüsusatlarla bağlı Elnur Abbasov barəsində Baş İdarənin İsitintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayət əməllərini törətməkdə şübhəli bilinən Elnur Abbasov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir