logo

Türkiyədə daha 48 nəfər koronavirusdan vəfat etdi

20:48 15-05-2020 | icon 2576
Türkiyədə daha 48 nəfər koronavirusdan vəfat etdi

Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm hallarında azalma davam etməkdədir.

YeniAvropa ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 15-də ölkə üzrə 38 min 565 nəfər testdən keçirilib. Onlardan 1708 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 2 min 103 nəfər sağalıb, 48 nəfər dünyasını dəyişib. Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 106 min 133, ölənlərin sayı isə 4 min 55 nəfərə çatıb.

Bu vaxtadək ölkə üzrə 1 milyon 547 min 389 nəfər testdən keçirilib. Onlardan 146 min 457 nəfər müalicəyə cəlb olunub. Hazırda 944 nəfər reanimasiyada, 490 xəstə süni nəfər aparatındadır.

Qeyd edək ki, Türkiyə hökumətinin qərarı ilə mayın 16-dan başlayaraq növbəti dəfə dörd günlük evdən çıxmaq məhdudiyyəti tətbiq olunacaq.