logo

Baş Prokurorluğa yeni şöbə rəisi təyin edilib

15:34 15-05-2020 | icon 2065
Baş Prokurorluğa yeni şöbə rəisi təyin edilib

Baş Prokurorluğa yeni şöbə rəisi təyin edilib .

YeniAvropa xəbər verir ki, bu barədə  Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru Rəhim Səfərəliyev tutduğu vəzifədən azad olunub. Baş prokurorun digər bir əmri ilə  Rəhim Səfərəliyev Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 

E.Sultanov həmçinin, bildirib ki, R.Səfərəliyev 1992–2013-cü illərdə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsində müxtəlif vəzifələrdə, 2013-2015-ci illərdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində məsləhətçi və sektor müdiri, 2015-ci ildən isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru vəzifələrində çalışıb.