logo

Ağstafanın da prokuror işdən çıxarıldı

11:10 15-05-2020 | icon 2415
Ağstafanın da prokuror işdən çıxarıldı

Prezidentin tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında başlanılan islahatlar davam edir. 

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Ağstafa rayon prokuroru Aslan Surxayev tutduğu vəzifədən azad olunub.  

Xatırladaq ki, ötən gün imzalanan digər əmrlə Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov tutduqları vəzifədən azad ediliblər.