logo

Azərbaycan nefti 31,01 dollara satılır

10:15 15-05-2020 | icon 2674
Azərbaycan nefti 31,01 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

 YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar ucuzlaşaraq 31,01 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.