logo

Leysan İsmayıllıda fəsadlar törətdi:avtomobillər yollarda qaldı

21:52 14-05-2020 | icon 2051
Leysan İsmayıllıda fəsadlar törətdi:avtomobillər yollarda qaldı

Bu gün axşam saatlarında İsmayıllı rayonu ərazisinə yağan güclü leysan yağışları nəticəsində yaranan sel-suları fəsadlar törədib.

 YeniAvropa xəbər verir ki, bu barədə İsmayıllı rayon İH-dən bildirir. Qeyd edilib ki, bir neçə saat davam edən leysan yağışlarından sonra dağlardan gələn sel Şamaxı-Muğanlı-İsmayıllı yolunun Diyallı və Talıstan kəndləri ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinlik yaradıb.

Magistral yoldakı su ötürücüləri lil və çöküntülərlə dolduğu üçün yolu sel basıb. Sel-sularının dağlardan gətirdiyi iri daşlar, ağac kötükləri və lil qatı yolun bağlanmasına səbəb olub. Nəticədə Bakı-Şamaxı-İsmayıllı-Qəbələ-Şəki istiqamətində və geriyə hərəkət edən yüzlərlə avtomobil yolda qalıb. Sel-suları bəzi ərazilərdə avtomobillərin içərisinə də dolub. Hazırda İsmayıllı rayon yol-istismar idarəsinin texnikası əraziyə cəlb olunub, yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün tədbirlər görülür.