logo

"AZAL" Kiyev-Bakı reysi ilə 197 azərbaycanlını vətənə gətirib

20:46 14-05-2020 | icon 2016
"AZAL" Kiyev-Bakı reysi ilə 197 azərbaycanlını vətənə gətirib

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən mayın 14-də Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib.

“Azərbaycan Hava Yolları” QSC-dən YeniAvropa-ya  bildirilib ki, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Xatırladaq ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri "AZAL" tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilib.