logo

Dünya Neft Konqresi təxirə salındı

19:18 14-05-2020 | icon 2555
Dünya Neft Konqresi təxirə salındı
 
 YeniAvropa xəbər verir ki, bu barədə tədbirin Təşkilat Komitəsi məlumat yayıb. 
"COVID-19-un səhiyyə, təhlükəsizlik, səyahətlərin məhdudlaşdırılması, dünya neft sənayesi də daxil olmaqla müxtəlif sahələrdəki fəsadlarının geniş yayılması dünya üçün fövqəladə təhlükələr yaradaraq neft-qaz sektoruna çox böyük ziyan yetirib”, -deyə  məlumatda qeyd olunub.
 
Xatırladaq ki, tədbirin təşkilatçısı Dünya Neft Şurası 1933-cü ildə təsis edilib və qərargahı London şəhərində yerləşir. Qurumun 65 üzv ölkəsi arasında ən böyük neft istehsalçıları olan Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ da var.