“Azercell” “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edir
İstifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə “Azercell Telekom” MMC tərəfindən işlənib hazırlanmış “Kabinetim” mobil tətbiqinin yeni versiyası abunəçilərin ixtiyarına verilib. Artıq abunəçilərin işini daha da asanlaşdıran, bəzi funksiyaları əlçatan edən yeni imkanlar vasitəsilə tətbiq daha rahat, funksional və rəqəmsal xüsusiyyətlərə malikdir.
Belə ki, “Kabinetim” mobil tətbiqinin yeni versiyasında abunəçi istifadə etdiyi nömrənin rəsmi sahibini asanlıqla öyrənə bilər. Bunun üçün sadəcə proqramdakı kənar menyuya daxil olmaq kifayətdir. Digər yenilik “Mənim Profilim” bölməsində edilib. Bu bölmədə imza sahibinin adı və soyadı ilə yanaşı, əlavə əlaqə nömrəsi və elektron ünvanın qeyd olunması üçün imkan yaradılıb. Sözügedən hər iki funksiyadan yalnız fiziki şəxslər yararlana biləcəklər.
YeniAvropa xəbər verir ki,önəmli yeniliklərdən biri də “Mobil Ödəmə” sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, fakturasız xətt istifadəçiləri artıq öz nömrəsinə aid kabinetdən digər “Azercell” nömrəsinə balans köçürə bilər. Bundan əlavə, yenilənmiş “Kabinetim” mobil tətbiqində “İnternet” və “Balansı artır” bölmələrindən istifadəçi təcrübəsi də təkmilləşdirilib.
Qeyd edək ki, “Kabinetim” mobil tətbiqinin önəmli xüsusiyyətlərindən biri də odur ki, tətbiqdən istifadə zamanı meqabaytlar xərclənmir. Həm “iOS”, həm də “Android” əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqini “AppStore” və ya “PlayStore”dan yükləmək mümkündür. Tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün “bit.ly/Kabinetim” keçidindən istifadə etmək olar.
Müasir texnologiyalar və rəqəmsal həlləri təqdim edən “Kabinetim” tətbiqi istifadəçilərə nömrə xəttini şəxsən idarə etmək, balansı nəzarətdə saxlayıb artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək və bir çox başqa imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə “Azercell” müştəri xidmətlərinə müraciət etmək və QR skan ilə xidmətlərə qoşulmaq da mümkündür.
Rəqəmsal həllərin tətbiqi yolu ilə müştəri məmnuniyyətini daha da yüksəltməyi hədəfləyən “Azercell” “Kabinetim” tətbiqinin funksionallığını artırmaqda davam edəcək. Odur ki, istifadəçilər mobil tətbiqlə bağlı təkliflərini “[email protected]” elektron poçt ünvanına göndərə bilərlər.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub