logo

Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay uzadıldı

13:53 14-05-2020 | icon 2450
Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay uzadıldı

Ermənistanda fövqəladə vəziyyət rejimi daha bir ay müddətinə uzadılıb.

YeniAvropa xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin mayın 14-də keçirilmiş iclasında qəbul edilib. Qərara əsasən ölkədə fövqəladə vəziyyət rejimi iyunun 13-dək uzadılıb.

İclasda koronavirusa yoluxma hallarının kifayət qədər çox artdığı qeyd olunub, qərarın məhz bu səbəbdən qəbul edildiyi bildirilib.

Qeyd edək ki, son 24 saat ərzində Ermənistanda daha 142 nəfər koronavirusa yoluxub.

Hazırda bu ölkədə COVID-19 virusuna yoluxanların sayı 3860, bu virusdan ölənlərin sayı isə 49 nəfər təşkil edir.