logo

Prezidentin sabiq köməkçisi Əli Həsənovdan daha bir media qurumu alındı

12:09 14-05-2020 | icon 3395
Prezidentin sabiq köməkçisi Əli Həsənovdan daha bir media qurumu alındı
Prezidentin sabiq kğməkçisi Əli Həsənova məxsus olan daha bir media strukturu əlindən alınıb.
YeniAvropa xəbər verir ki, Əli Həsənovun oğlu Şamxal Həsənovun adına olan "Araz FM" radiosunun da təhvil-təslim prosesləri yekunlaşıb.
 
Əli Həsənova aid olan Beynəlxalq Mətbuat Mərkəzində (BMM)  yerləşən "Araz FM" radiosu artıq iki gündür ki, yeni rəhbərliyin nəzarətində çalışır.
 
Hit.az-ın əldə etdiyi məlumata görə, əvvəlki kimi, yenə radionu "Xəzər TV"-nin rəhbərliyi kurasiya edəcək. 
 
Xatırladaq ki, bir müddət əvvəl "Xəzər TV"-də ƏliHəsənovun oğlundan alınaraq, "Socar Media"nın balansına keçirilmişdi.