logo

Cari ildə Azərbaycan 4,36 milyard m3 qaz ixrac edib

11:10 14-05-2020 | icon 2471
Cari ildə Azərbaycan 4,36 milyard m3 qaz ixrac edib

İlin ilk 4 ayında ölkədən 4 milyard 365,6 milyon kubmetr təbii qaz ixrac edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki,  ixrac edilən təbii qazın dəyəri isə 821 milyon 457 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2019-cu ilin eyni dövründə ölkədən 4 milyard 39,6 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 637 milyon 955 min dollar olmuşdu.