logo

Emin Ağalarov ikinci həyat yoldaşından ayrıldı

22:31 13-05-2020 | icon 57967
Emin Ağalarov ikinci həyat yoldaşından ayrıldı

Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşı Alyona Qavrilovadan ayrılıb.

YeniAvropa xəbər verir ki, 40 yaşlı müğənni bu barədə şəxsi "İnstaqram" hesabında paylaşım edib.

“Bu, həyatımızda, həqiqətən xoşbəxt bir gün idi! Təəssüf ki, hər şey planlaşdırdığımız kimi alınmadı. Birlikdə yaşadığımız hər gün və gözəl qızımız Afinaya görə sənə səmimi qəlbdən minnətdaram! Sən inanılmaz dərəcədə mehriban, xüsusi insansan. Həyatımızda növbəti vacib mərhələ, əlbəttə, övladımızın tərbiyəsidir və biz buna nail olacağıq. Biz birlikdə çox yol qət etdik və sənə ömrüm boyu böyük hörmətim, minnətdarlıq hissim olacaq”, - deyə Ağalarov qeyd edib.

32 yaşlı model Alyona Qavrilova da ayrılığına münasibət bildirib. O, bu barədə "İnstaqram" hesabında qeyd edib: "Mənə özümə gəlməyə vaxt verin. Mənim üçün çox ağırdır. Bu gün də anamın ad günüdür. Anlayışınız üçün təşəkkür edirəm" Qeyd edək ki, Emin Ağalarov Alyona Qavrilova ilə 2018-ci il iyul ayında ailə qurmuşdu.