logo

Türkiyədə koronovirusdan daha 58 nəfər vəfat edib

20:17 13-05-2020 | icon 2541
Türkiyədə koronovirusdan daha 58 nəfər vəfat edib

Yeni növ koronavirusa (COVID-19) qarşı Türkiyədə kəskin mübarizə tədbirləri görülməsinə baxmayaraq yoluxma və ölümdə azalma müşahidə olunsa da, bu hallar davam etməkdədir.

YeniAvropa Türkiyənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 13-də ölkə üzrə 33 min 332 nəfər testdən keçirilib. Onlardan 1639 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 2826 nəfər sağalıb, 58 nəfər dünyasını dəyişib. Beləliklə, xəstəlikdən sağalanların sayı 101 min 715, ölənlərin sayı isə 3952 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyə hökumətinin virusa qarşı tədbir etdiyi metodlardan biri də fasiləli qaydada komendant saatının tətbiq olunmasıdır. Növbəti komendant saatı mayın 16-dan başlayaraq dörd gün tətbiq olunacaq. Ehtimal edilir ki, Ramazan bayramı ərəfəsində bu qadağa daha uzun müddət üçün gündəmə gəlsin. Çünki rəsmi dairələr bayram ərəfəsi inşaların kütləvi toplaşmasının böyük risklər yaradacağından ciddi ehtiyat edirlər. Qadağaların yumşaldılması prosesinin əhalidə arxayınlıq yarada biləcəyi narahatlıq doğurur.