logo

FIFA-nın 70-ci konqresi onlayn qaydada keçiriləcək

15:15 12-05-2020 | icon 406
FIFA-nın 70-ci konqresi onlayn qaydada keçiriləcək

Beynəlxalq Futbol Federasiyası (FIFA) 70-ci konqresinin sentyabrın 18-də keçiriləcəyini açıqlayıb.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar həmin iclas onlayn qaydada təşkil olunacaq.

Toplantının iyunun 5-də Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilməsi nəzərdə tutulsa da, pandemiyadan sonra iclasın vaxtı sentyabrın 18-nə dəyişdirilib.