logo

Türkiyədə koronavirusdan daha 55 nəfər dünyasını dəyişib

21:31 11-05-2020 | icon 2492
Türkiyədə koronavirusdan daha 55 nəfər dünyasını dəyişib

Türkiyədə bir gündə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 55 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə virusdan ölənlərin ümumi sayı 3841 nəfərə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə son rəqəmləri ыəhiyyə naziri Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, mayın 11-də ölkə üzrə 32 min 722 nəfər üzərində test aparılıb. Onlardan 1114 nəfərdə infeksiya aşkarlanıb.

Mayın 11-də 3 min 89 nəfər sağalaraq evə buraxılıb. İndiyə qədər 95 min 780 nəfərin müalicəsi uğurlu olub. Hazırda 1126 nəfər reanimasiyadadır.

Qeyd edək ki, Türkiyə hökuməti məlum risklərə qarşı tədbirlərini davam etdirir. Mayın 11-dən başlayaraq mövcud qadağaların bir qismi aradan qaldırılıb. Hökumətin qərarına görə, mayın 16-dan etibarən, növbəti dəfə 4 gün evdən çıxmaq məhdudiyyəti tətbiq olunacaq.