logo

Yol polisinə tabe olmadı-həbs edildi

20:15 11-05-2020 | icon 1904
Yol polisinə tabe olmadı-həbs edildi

Bakıda polisin qanuni tələbinə məhəl qoymayaraq kobud qayda pozuntusu edən sürücü həbs olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, mayın 9-u səhər saatlarında “VAZ 2107 markalı” 10 NR 230 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq hərəkət etdiyi üçün digər hərəkət iştirakçıları, xüsusilə də sürücülər tərəfindən ona irad tutulub. O, sürücülərin etdiyi irada cavab olaraq özünü yığışdırmaq, üzr istəmək əvəzinə qaydaları daha da kobud şəkildə pozmaqla hərəkətini davam etdirib. Görüntülər şəhərin təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alındığına görə həmin sürücünün saxlanılması üçün müvafiq tədbirlər həyata keçirilib və həmin şəxs saxlanılıb. Müəyyən edilib ki, bu şəxs 1988-ci il təvəllüdlü Bakı şəhər sakini, Nəsimi rayonu üzrə qeydiyyatda olan və hazırda Yasamal rayonunda yaşayan Qayıbov Nicat Rövşən oğludur. O, subaydır və soyuducu təmiri ustası kimi fəaliyyət göstərir. Onun barəsində toplanılan sənədlər aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarına əsasən, 10 sutka həbs cəzası verilib. Hazırda Daxili İşlər Nazirliyinə Bilavasitə Tabe olan İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində saxlanılır.