logo

Azərbaycan çempionatı ləğv olundu

19:49 11-05-2020 | icon 2996
Azərbaycan çempionatı ləğv olundu

Bu gün Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatı ilə bağlı qərarını verib.

YeniAvropa xəbər verir ki, Federasiya Super Liqa, Yüksək Liqa və I Liqanın bərpa olunmamasını məqsədəuyğun hesab edib. Nəticədə koronavirusa görə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən martın 14-dən dayandırılan yarışlar davam etdirilməyəcək və 2019/2020 mövsümün oynanılmış qarşılaşmaları ləğv olunub.Bu da matç sayının eyni olmaması və təxirə salınmış oyunların olması səbəbindən irəli gəlib.

Yekun qərara əsasən klublara heç bir mükafat verilməyəcək.

AVF-nin qəbul etdiyi digər bir qərara əsəsən 2020/2021 mövsümündə Azərbaycanı avrokubokda təmsil edəcək komanda müəyyənləşib. Federasiya qadınlardan ibarət “Azərreyl” komandasını "Çağırış kuboku"nda oynamasını məqsədəuyğun sayıb.

Federasiya rəhbərliyi, həmçinin legionerlərlə bağlı tövsiyəsini də klubların diqqətinə çatdırıb. Bildirilib ki, əcnəbilərdən Bakıda yalnız “Azərreyl”in seneqallı voleybolçusu qalıb və onun üçün lazımı şərait yaradılıb.

Oyunçunun uçuşlar bərpa olunduqdan sonra ölkəsinə dönməsinə köməklik göstərilməsi tapşırılıb.