logo

Sabiq səhiyyə naziri koronavirusdan dünyasını dəyişdi

19:20 11-05-2020 | icon 2730
Sabiq səhiyyə naziri koronavirusdan dünyasını dəyişdi

Yunanıstanın sabiq səhiyyə naziri kardiologiya üzrə professor Dimitris Kremastinos 78 yaşında koronavirusdan dünyasını dəyişib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, sabiq nazir martın 26-da Afinanın Evanqelismos xəstəxanasında intensiv terapiya şöbəsinə yerləşdirilib.

O, fəaliyyəti dövründə PASOK partiyasının hökumətində səhiyyə naziri, Yunanıstan parlamentində sədr müavini, Dodekanes adaları üzrə deputat olub.