logo

Nəsimi rayonunda şam ağaclarının kəsib üstünü torpaqladılar

17:17 11-05-2020 | icon 2072
Nəsimi rayonunda şam ağaclarının kəsib üstünü torpaqladılar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonunda ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları araşdırıblar.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə,  araşdırma zamanı Nəsimi rayonunun, Moskva prospekti 74 ünvanında gecə saatlarında müxtəlifdiametrli şam ağaclarının kəsilərək üstünün torpaqla örtüldüyü müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Nazirliyin sözçüsü bildirib ki, təqsirkarların müəyyən olunması və barələrində qanunauyğun tədbirlərin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət olunub.

İ.İbrahimova onu da qeyd edib ki, gecə saatlarında, xəlvəti şəkildə ağac kəsintisinə təəssüf ki, hələ də yol verilir: “Bunun qarşısını birlikdə almalıyıq, belələrini hamılıqla ifşa etməliyik. Bu işdə vətəndaşların, yerli icra orqanlarının və ictimaiyyət nümayəndələrinin dəstəyinə və ictimai qınağa böyük ehtiyac var”.