logo

Türkiyədə məktəblər açıla bilər

20:13 10-05-2020 | icon 2548
Türkiyədə məktəblər açıla bilər

"Bizim bəzi regionlarımızda yoluxma demək olar ki, yoxdur, bəzilərində isə lap çoxdur. Əgər regionlara görə məktəblərin açılmasına ehtiyac olacaqsa, buna hazırıq".

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu Türkiyənin təhsil naziri Ziya Səlcuq deyib.

“Dünya miqyasında məktəblərin açılması ilə bağlı hesabatları izləyirik. Hər şeyi analiz edirik. Bizim üçün 1 iyun hədəfdir. Həyatın normallaşmasını istəyirik. Olmasa, dərslərin açılması sentyabra qalacaq”, - nazir bildirib