logo

"Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq"-Bakı meri

12:59 10-05-2020 | icon 2184
"Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq"-Bakı meri

"Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı işlər davam etdirilir".

YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib.

"Hazırda heykəlin hazırlanması işləri görülür. Heykəltəraşlar işləyir, Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq", - deyə BŞİH başçısı bildirib.

Xatırladaq ki, Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin  "İçərişəhər" metrostansiyasının qarşısında qoyulması planlaşdırılıb.Abidənin hündürlüyü isə 2,5 metr olacaq.