logo

Qubada zəlzələ oldu

10:51 10-05-2020 | icon 2114
Qubada zəlzələ oldu

Mayın 10-da Quba stansiyasından 11 kilometr cənub-şərqdə - Quba rayonunda maqnitudası 2.5 olan zəlzələ baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 09:43-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə zəif hiss olunub.