logo

Dünyada 4 milyondan çox insan koronavirusa yoluxub

22:21 09-05-2020 | icon 2359
Dünyada 4 milyondan çox insan koronavirusa yoluxub

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyonu ötüb.

 YeniAvropa pandemiyanın statistikasını aparan "Worldometers" portalına istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 21:10-a olan məlumata əsasən, dünyada 4 milyon 59 mindən çox yoluxma və 277 min 973 ölüm faktı qeydə alınıb, 1 milyon 415 min 238 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Yoluxanların sayına görə ilk yeri əvvəlki kimi ABŞ tutur. Burada 1 milyon 327 mindən çox yoluxma hallı aşkarlanıb. ABŞ-ın ardınca İspaniya (262 min 783 nəfər), İtaliya (218 min 268 nəfər), Böyük Britaniya (215 min 260 nəfər) və Rusiya (198 min 676 nəfər) gəlir.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də birinci yerdədir – 78 min 834 nəfər. Birləşmiş Krallıqda 31 min 587 nəfər, İtaliyada 30 min 395 nəfər, İspaniyada isə 26 min 478 nəfər koronavirus səbəbindən həyatını itirib. Ölənlərin sayına görə beşinci yerdə qərarlaşan Fransada isə bu göstərici 26 min 230 nəfərdir.