logo

Sabiq nazir müavini və keçmiş xidmət rəisi həbs edildi

21:15 09-05-2020 | icon 2254
Sabiq nazir müavini və keçmiş xidmət rəisi həbs edildi

Səbail rayon Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

 YeniAvropa xəbər verir ki,  onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə)  maddələri ilə ittiham irəli sürülüb.

Hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyində dünən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıblar. Bu gün prezident İlham Əliyevin imzaladığı sərəncamlarla  Rafiq Abbasov və Zakir Sultanov vəzifələrindən azad ediliblər.