logo

Bu gün koronovirusa yoluxma faktı ən çox Nəsimi rayonunda qeydə alınıb

17:41 09-05-2020 | icon 2058
Bu gün koronovirusa yoluxma faktı ən çox Nəsimi rayonunda qeydə alınıb

Bu həftə koronavirusdan 179 nəfər sağalaraq evə buraxılıb. Sağalanların sayında ötən həftə ilə müqayisədə azalma qeydə alınır.

 YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı mayın 9-da Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

“Yoluxma hallarının 47,5 faizi Bakıda qeydə alınıb. Koronavirusa yoluxma faktlarının regionlar üzrə bölgüsünə gəlincə isə bu göstərici Gəncə-Qazax bölgəsi üzrə 13,6, Aran rayonlarında 10,2, Lənkəranda 9,4, Abşeronda 5,5, Quba-Xaçmazda 1,8, Şəki-Zaqatala və Dağlıq Şirvanda 1, Yuxarı Qarabağda 0,8, Naxçıvanda 0,2 faizdir. Ölkə xaricindən idxal olunma faizi isə 9,1 faizdir. İdxal səviyyəsi onu göstərir ki, xaricdən gətiriləcək vətəndaşlar mütləq karantində saxlanılmalıdırlar. Həmin şəxslərin sayı bizim onları saxlamaq və müayinə etmək imkanlarımızın kənarına çıxmamalıdır. Çünki ölkəyə gələn vətəndaşlarımız, xüsusilə də Rusiya Federasiyasından gələnlər arasında yoluxma halları mövcuddur.

Ötən həftə istər Türkiyədən, istər Rusiyadan, istərsə də digər ölkələrdən xüsusi təyyarələr vasitəsilə çarter reyslər vasitəsilə ölkəmizə gətirilib. Onların arasında testləri pozitiv çıxanlar müxtəlif xəstəxanalara yerləşdiriliblər”, - deyə R.Bayramlı qeyd edib.

Onun sözlərinə görə, Bakı şəhəri üzrə statistikaya əsasən, ən çox yoluxma halı yenə də Yasamalda qeydə alınıb - 19,8 faiz. Nəsimi rayonunda ötən həftə ilə müqayisədə say artıb - 16,7 faiz. Bu gün aşkarlanan yoluxma faktlarının böyük hissəsi Nəsimi rayonunun payına düşüb. Yoluxma hallarının 14,3 faizi Binəqədidə, 11,8 faizi isə Sabunçuda müşahidə olunub.