logo

Dünyada bir gündə koronavirusdan 6,5 mindən çox insan ölüb

22:21 07-05-2020 | icon 2219
Dünyada bir gündə koronavirusdan 6,5 mindən çox insan ölüb

Dünyada son bir sutka ərzində koronavirusa 83 mindən çox insan yoluxub.

 YeniAvropa xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Bildirilib ki, dünyada son 24 saatda 6 539 nəfər COVID-19-dan ölüb, 83 465 insan koronavirusa yoluxub.

Beləliklə, dünyada COVID-19 yoluxma ilə bağlı qeydə alınmış halların ümumi sayı 3 672 238, ölüm hallarının sayı 254 045 təşkil edir.

Təşkilatın məlumatına əsasən, COVID-19-a ən çox yoluxma əvvəlki kimi Avropa regionunda qeydə alınıb. Köhnə qitədə 1 542 829 nəfər virusa yoluxub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.