logo

NATO-Gürcüstan hərbi təlimləri ləğv olunub

21:19 07-05-2020 | icon 2282
NATO-Gürcüstan hərbi təlimləri ləğv olunub

NATO və Gürcüstanın hərbi gəmilərinin Qara dənizdə may ayında nəzərdə tutulan hərbi təlimləri ləğv olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, təlimlərdə iştirak etmək üçün NATO-nun tərkibindəki İtaliyanın “Its Vrginio Fasan”, Kanadanın “HMCS Frederiction”, Rumıniyanın “Ros Regina Maria”, Bolqarıstanın “BGS Verni” gəmiləri, həmçinin Türkiyənin “TCG Salihreis” gəmisi Gürcüstanın Poti limanına gəliblər.

Qeyd edilir ki, Qara dənizin Gürcüstan sularına daxil olmaqda məqsəd Gürcüstanın Sahil Mühafizəsi Xidməti ilə birgə hərbi təlim keçmək olub. Təlimlərin məqsədi Gürcüstanın dəniz qüvvələri və NATO arasında qarşılıqlı əlaqələrin və uyğunluq səviyyəsinin artırılmasıdır.

Məlumatda bildirilib ki, COVID-19 pandemiyasına görə təlim çərçivəsində görüşlər videokonfrans formatında keçirilib. Lakin təlimlərin belə formatda  keçirilməsi məqsədəuyğun hesab olunmayıb və təxirə salınıb.