logo

“LUKoil”un vitse-prezidenti koronavirusa yoluxdu

20:16 07-05-2020 | icon 2345
“LUKoil”un vitse-prezidenti koronavirusa yoluxdu

Rusiyanın “LUKoil” neft şirkətinin vitse-prezidenti, Moskvanın “Spartak” futbol klubunun sahibi Leonid Fedun COVID-19 virusuna yoluxub.

YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb. Xəbərdə qeyd edilir ki, L.Fedun bu gün xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə başqa məlumat verilmir.

Xatırladaq ki, Leonid Fedun 1991-ci ildə “LUKoil” konserninin yaradılmasında iştirak edib, 1994-cü ildə isə şirkətin vitse-prezidenti vəzifəsinə təyin olunub.

İş adamı 2003-cü ildə “Spartak” klubunun səhmlərinə sahib olub.