logo

Lisey və gimnaziyalara  qəbul avqustun ikinci yarısında keçiriləcək

18:56 07-05-2020 | icon 3556
Lisey və gimnaziyalara  qəbul avqustun ikinci yarısında keçiriləcək

Tədris Azərbaycan dilində olmayan, digər dillərdə, əsasən rus dilində olan dövlət məktəblərinin birinci sinfinə qəbul olmaq istəyən uşaqlar müsahibə mərhələsindən keçməlidirlər. Bu qəbildən 9621 sorğu qəbul edilib ki, onların da növbəti mərhələdə müsahibəsi həyata keçirilməlidir. Müsahibələrə dair qeydiyyat mayın 20-dən etibarən başlanacaq. İyunda müsahibələrin onlayn və ya üzbəüz formatda keçirilməsi valideynlərin seçimi əsasında olacaq.

 YeniAvropa xəbər verir ki,  bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 7-də keçirilən brifinqində təhsil naziri Ceyhun Bayramov məlumat verib

Nazir qeyd edib ki,  lisey və gimnaziyalara növbəti tədris ili üçün qəbul avqustun ikinci yarısında keçiriləcək. İmtahanların ayrı-ayrı siniflər üzrə müxtəlif məktəblərdə təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul 5-9-cu siniflər səviyyəsində həyata keçirilir.