logo

Emoməli Rəhmon  İlham Əliyevə zəng etdi

15:34 07-05-2020 | icon 2121
Emoməli Rəhmon  İlham Əliyevə zəng etdi

Mayın 7-də Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Söhbət zamanı Emoməli Rəhmon koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardımı yüksək qiymətləndirərək indiki çətin dövrdə bunu qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib.

Tacikistan prezidenti dost və qardaş xalqlarımızın hər zaman, xüsusilə də ağır pandemiya dövründə bir-birinin yanında olmasının önəmini vurğuladı və bunu dostluq münasibətlərimizin təbii göstəricisi kimi qiymətləndirib.

Dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə istiqamətində ölkələrimizdə həyata keçirilən işlər barədə fikir mübadiləsi apardılar və ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri, nəqliyyat-tranzit problematikası ilə bağlı məsələləri müzakirə ediblər.