logo

İndoneziyada 6,9 ballıq zəlzələ olub

12:13 07-05-2020 | icon 2310
İndoneziyada 6,9 ballıq zəlzələ olub

İndoneziyanın şərqində yerləşən Banda dənizində 6,9 bal gücündə zəlzələ baş verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Kay adasında yerləşən Tual şəhərindən 344 kilometr cənub-qərbdə, ocağının 113 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.