Elman Rüstəmov başlanan 4 bankın kapitalının mənfi olduğunu dedi
"Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi "Amrah Bank" və "Atabank"ın, eləcə də hazırda inzibatçıların nəzarətində olan "AGBank" və "NBC Bank"ın hamısının kapitalı mənfidir".
YeniAvropa xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov "REAL TV"yə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə, yeni fəaliyyətə başlayan bankın nizamnamə, fəaliyyətdə olan bankın isə məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır.
"Halbuki, həmin 4 bankda bu göstərici mənfidir, yəni kapital çatışmazlıqları mövcuddur. Bu da o deməkdir ki, onların normal fəaliyyəti üçün 50 milyon manatdan da çox vəsait tələb olunur. Məsələn, maliyyə hesabatlarında özünü normal bank kimi təqdim edən "Amrah Bank"ın kapitalı mənfi 77 milyon manatdır. Deməli onun normal fəaliyyətinə 127 milyon manat lazımdır. "Atabank"da isə kapital göstəricisi 214 milyon manatdır. Bu da onun normal fəaliyyəti üçün 264 milyon manatın lazım olması deməkdir. Bu banklar ödəniş qabiliyyətini tamamilə itirib, halbuki, onlarda əhalinin təxminən 400 milyon manat əmanəti var, onları qaytarmaq lazımdır. Bankların problemli kreditlərinin xüsusi çəkisi ölkə üzrə orta göstəricidən dəfələrlə çoxdur (müvafiq olaraq 40% və 88%). Odur ki, lisenziyaların ləğv edilməsinə qərar verilib", - deyə Elman Rüstəmov qeyd edib.
AMB-nin sədri "AGBank" və "NBC Bank"dakı vəziyyətin digər banklardan ciddi fərqlənmədiyini deyib.
"Məsələn, "AGBank"ın kapitalı mənfi 145 milyon manat, "NBC Bank"ın kapitalı isə mənfi 23 milyon manatdır. Deməli onların normal fəaliyyətinə müvafiq olaraq 195 milyon manat və 73 milyon manat lazımdır. Hər iki bankın likvidliklə bağlı ciddi problemləri var, artıq bizə siqnallar daxil olurdu ki, onlar öhdəliklərini yerinə yetirə bilmirlər. Onlarda problemli kreditlərin xüsusi çəkisi də yüksəkdir (müvafiq olaraq 54% və 32%)", - deyə E.Rüstəmov vurğulayıb.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib