logo

Azərbaycanda koronavirusdan müalicə alan xəstəyə çəkilən xərc açıqlandı

17:59 06-05-2020 | icon 3283
Azərbaycanda koronavirusdan müalicə alan xəstəyə çəkilən xərc açıqlandı

"Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə gündəlik ərclənən vəsait təxminən 80-150 manat arasında dəyişir. Virusu yüngül keçirən xəstəyə 80, ən ağır xəstəyə 150 manat düşür".

 YeniAvropa xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, bu rəqəmlər sabit rəqəmlər deyildir. Çünki qeyd olunan rəqəm mart ay üçün hesablanan rəqəmdir. Sonrakı aylarda qiymətlər fərqlidir :" Bu xərclərə xəstənin yeməyi, onun üçün istifadə olunan dərman, geyim maska və həkimlərə verilən əmək haqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə sərf olunur".