logo

Prezidentdən yeni vəzifə təyinatları

17:08 06-05-2020 | icon 2331
Prezidentdən yeni vəzifə təyinatları
YeniAvropa xəbər verir ki, sərəncama əsasən, aşağıdakı şəxslər müvafiq vəzifələrə təyin ediliblər.
 
Çingiz İsgəndər oğlu Əsgərov - Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini,
 
Hafiz Qənbər oğlu Nəsibov - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri,
 
Xəqani Səyyad oğlu Məmmədov - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri,
 
Kəmalə Nəbi qızı Abiyeva - Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri,
 
Sənan Firudin oğlu Hacıyev - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri.
 
Prezident  bu gün həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası və Mülki Kollegiyası sədrlərinin vəzifələrindən azad edilməsi haqqında da sərəncam imzalayıb.
 
Sərəncama əsasən, aşağıdakı şəxslər vəzifədən azad ediliblər:
 
1. Şahin Yaşar oğlu Yusifov öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilib.
 
2. Şəlalə Ağakərim qızı Məmmədova öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilib.
 
Prezident İlham Əliyevin imzaldığı başqa bir sərəncamla Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərini təyin edib. Sərəncama əsasən, aşağıdakı şəxslər müvafiq vəzifələrə təyin ediliblər:
 
Bakı Apellyasiya Məhkəməsi üzrə:
 
Rəhimov Elmar Eldar oğlu - Cinayət Kollegiyasının sədri
 
Tağızadə Mirzə Nəsib oğlu - İnzibati Kollegiyanın sədri
 
Qurbanov Raqib Əliddin oğlu- Kommersiya Kollegiyasının sədri
 
Gəncə Apellyasiya Məhkəməsi üzrə:
 
Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati Kollegiyanın sədri
 
Rzaquliyev Şamil Qəhrəman oğlu- Kommersiya Kollegiyasının sədri
 
Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:
 
Babayeva Hökümə Çingiz qızı - İnzibati Kollegiyanın sədri
 
Quliyev Telman Osman oğlu - Mülki Kollegiyanın sədri
 
Şirvan Apellyasiya Məhkəməsi üzrə:
 
Həsənov Müşfiq Kamil oğlu -İnzibati Kollegiyanın sədri
 
Kərimov Tale Suliddin oğlu -Kommersiya Kollegiyasının sədri
 
Şəki Apellyasiya Məhkəməsi üzrə:
 
Rəfiyev Rövşən Rafiq oğlu-İnzibati Kollegiyanın sədri
 
Hüseynov Elçin Şirin oğlu-Kommersiya Kollegiyasının sədri
 
Prezident İlham Əliyev bu gün bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər müvafiq vəzifələrə təyin ediliblər.
 
inzibati məhkəmələr üzrə:
 
Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri təyin ediib;
Zəfər Arif oğlu Quliyev Göyçay Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilib;
İmran Ramazan oğlu Burcayev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilib;
Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin hakimi və sədri təyin edilib;
Vidadi Kamal oğlu Qasımov Şəki İnzibati Məhkəməsinin sədri təyin edilib;
 
kommersiya məhkəmələri üzrə:
 
İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib;
Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri təyin edilib;
Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin sədri təyin edilib;
Namidar Əlöysət oğlu Misirzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib;
Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin hakimi və sədri təyin edilib;
 
Ağır cinayətlər məhkəmələri üzrə:
 
Rəşad Şəmşir oğlu Əliyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib;
 
hərbi məhkəmələr üzrə:
 
Aslan Kalbalı oğlu Kalbalıyev Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilib;
 
rayon (şəhər) məhkəmələri üzrə:
Zamin Vəliyəddin oğlu İbrahimov Astara Rayon Məhkəməsinin sədri təyin edilib;
İsmayıl Xudaverdi oğlu Abdurəhmanlı Goranboy Rayon Məhkəməsinin sədri təyin edilib;
Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri təyin edilib;
Vladimir Yefimoviç Ruvinov Xaçmaz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qubadlı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;
Rəşad Rafiq oğlu Mustafayev Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib;
 
2. "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:
 
Rafiq Rəşid oğlu Məmmədov Göygöl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağdam Rayon Məhkəməsinin hakimi təyin edilib;
 
Seyfəli İzzət oğlu Seyfullayev Bərdə Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Beyləqan Rayon Məhkəməsinin hakimi təyin edilib.